PAŞA Real Estate Qrup və “Zəfər” İctimai Birliyi Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edib (FOTO)
PAŞA Real Estate Qrup və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi birlikdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi keçiriblər. Sərgidə şəhidlərin övladları və həyat yoldaşları tərəfindən çəkilmiş 46 rəsm əsəri nümayiş olunub və şirkətin əməkdaşları əsərlərlə tanış olaraq təşəbbüsü dəstəkləyiblər.
Mənbə: az.trend.az